Maqazi̇n

Sevgilisi ona ayda 20 min manat verirmiş? – Müğənni Arzuxanımla bağlı şok iddia

21 Oktyabr 2026 16:22 88 oxunuş

Narkotik qalmaqalı ilə gündəmə gələn müğənni Arzuxanım Həsənovanın keçmiş sevgilisi onunla bağlı bir sıra iddialar səsləndirib.

Hafta.az-ın məlumatına görə, Almaniyada yaşayan iş adamı Savalan Cəfərov RTV-yə açıqlamasında müğənni ilə münasibətindən və ayrılıqlarından danışıb.

Cəfərov bildirib ki, Arzuxanım Həsənova ilə 2023-cü ilin oktyabrında yollarını ayırıb və bundan sonra onunla əlaqə saxlamayıb. Keçmiş sevgilisi müğənninin ona xəyanət etdiyini də iddia edib:

“Xanımla birgə olmuşam. 2023-cü il oktyabrın 2-də ayrılmışam. Onunla bütün əlaqələrimi kəsmişəm. Hadisənin baş verdiyi vaxt artıq münasibətimiz yox idi. Məni sintezator çalan şəxslə aldadıb və sonra məni qoyub getmişdi”.

İş adamı Həsənovanın onun haqqında Almaniyadan narkotik vasitə gətirməsi ilə bağlı dediklərini də təkzib edib. O, müğənniyə heç bir dərman və ya narkotik vasitə vermədiyini, həmin dövrdə onunla əlaqəsinin olmadığını bildirib.

Cəfərov keçmiş sevgilisinin ondan maddi baxımdan dəstək aldığını da iddia edib. Onun sözlərinə görə, Həsənova ayda 15-20 min manat pul xərcləyib, həmçinin ondan 50 min manat borc istəyib. O, daha əvvəl müğənniyə avtomobil aldığını, sonradan avtomobilin satıldığını və pulun ona qaytarılmadığını söyləyib.

Keçmiş sevgili Həsənovanın siqaret çəkdiyini gördüyünü, lakin onun başqa hər hansı maddədən istifadə etdiyinə şahid olmadığını xüsusi vurğulayıb.

Cəfərov həmçinin müğənnini psixoterapevtə apardığını və həkimin onunla bağlı müəyyən diaqnoz qoyduğunu iddia edib. Bununla yanaşı, bu fikirlərin keçmiş sevgilinin açıqlaması olduğu və müstəqil şəkildə təsdiqlənmədiyi qeyd olunmalıdır.

Paylaş: