“Əcəbsəndəl” layihəsinin budəfəki qonağı “Bakı gözəli 2018” gözəllik müsabiqəsinin qalibi, model və müğənni Zəhra İsayeva olub.
Verilişdə Zəhra İsayevanın “Bakı gözəli” yarışmasına qatılma hekayəsindən danışılıb.
Tac sahibi olan model müsabiqədə qalib gəldikdən sonra qarşılaşdığı maneələr və onun bu uğuruna mane olmaq istəyən şəxslərlə bağlı fikirlərini bölüşüb.
Cəsarətli geyimləri ilə tez-tez diqqət çəkən Zəhra onu tənqid edənlərə də cavab verib və bu mövzuda mövqeyini açıqlayıb.
Müğənni həmçinin toy bazarında onun qarşısını almaq istəyən kişi ifaçılarla bağlı diqqətçəkən etiraflar edib.
Zəhra İsayeva müsahibə zamanı şəxsi həyatı ilə bağlı bəzi məqamlara da aydınlıq gətirib və indiyədək danışmadığı detalları bölüşüb.