Hadi̇sə

Oğlunu qısqanan qayınana gəlininin yataq otağına girib görün nə etdi – Eşidənlər “Bu qədər də yox!” dedi

21 Oktyabr 2026 23:37 97 oxunuş

İstanbulda 7 il öncə Ali G. ilə evlənərək Almaniyanın Solingen şəhərində yaşamağa başlayan S.G. adlı qadın ərini ona qısqanan və boşanmalarına səbəb olan qayınanasını məhkəməyə verib.

Showaz.biz milli.az-a istinadən xəbər verir ki, S.G. “Oğlumun yaxasından düş. Oğlum yüz dəfə evlənsə də, məndən imtina etməz” deyən qayınanası Medine G.-dan 10 min TL mənəvi təzminat istəyib. S.G. məhəkəmədə Medine G-nın yuxuda olarkən “Alim, məni qoyub, necə gedərsən, necə evlənərsən” deyə sayıqlayırdı. Hətta qısqanclığa görə ürəyi gedincə bir həftə xəstəxanalıq da olub” deyib.

Oğlu ilə gəlinin evdə tək qalmamaları üçün hər cür yola əl atan Medine G. hətta evlərinin açarlarının üzünü belə çıxardıb, onlardan xəbərsiz evə girib, çıxıb. Yataq otaqlarına belə girməyə cəhd edib.

Oğlunu xəstəlik dərəcəsində qısqanan və gəlini təhqir edən Medine G. bıçaqla intihar edəcəyini ilə təhdid edərək oğlunun məhkəməyə arvadından boşanma haqda müraciət etməsini də bacarıb.

Paylaş: