Kinoteatrlarda nümayiş olunmağa başlayan və böyük səs-küy yaradan “44” bədii filminin baş rol ifaçısı İbrahim Çingiz haqqında diqqətçəkən detal bəlli olub.
Showaz.biz xəbər verir ki, gənc və istedadlı aktyorun atası da incəsənət aləminin çox tanınmış simalarındandır. İbrahim Çingiz Azərbaycan Dövlət Musiqili Teatrının sevilən aktyoru, Əməkdar artist Çingiz Əhmədovun oğludur.
Qeyd edək ki, “44” filmindəki uğurlu obrazı ilə böyük rəğbət qazanan İbrahim Çingiz, indiyədək bir çox populyar serial və teatr tamaşalarında da aparıcı rollarda çıxış edib.