Ölkə

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi – Bu səbəbdən

29 Sentyabr 2026 19:49 98 oxunuş

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. Aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Showaz.biz bildirir ki, Şeyx Əbdül Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:

“Bir neçə xəstəliklə mübarizə aparıram. Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaq. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür”.

Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu./Sfera.az

Paylaş: