Ölkə

UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı bu səbəbdən diskvalifikasiya olundu – VİDEO

27 Sentyabr 2026 19:31 86 oxunuş

Sentyabrın 27-nə keçən gecə Las-Veqasda (Nevada ştatı, ABŞ) “UFC Fight Night 289” turniri keçirilib.

Showaz.biz oxu.az-a istinadən xəbər verir ki, turnir çərçivəsində azərbaycanlı Məhəmmədəli Osmanlı Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu ilə qarşılaşıb.

Döyüşün gedişində Osmanlı birinci raundda Akılbekin başına qadağan olunmuş diz zərbəsi vurub, bundan sonra referi döyüşü saxlayıb və Osmanlını diskvalifikasiya edib.

Qeyd edək ki, bu döyüş azərbaycanlı idmançı üçün UFC-də debüt qarşılaşması idi.

Paylaş: