Maqazi̇n

Nigar Şabanovadan qalmaqallı açıqlama: “Tək qalmaqdansa, nikahdankənar uşaq…”

04 Oktyabr 2026 10:37 230 oxunuş

Əməkdar artist Nigar Şabanova ailə həyatı, analıq və tək qalmaqla bağlı fikirləri ilə diqqət çəkib.

Xanəndə “Tarixin bir günü” proqramında bildirib ki, qadın ailə qura bilməyibsə və ya qurduğu ailə uğursuz nəticələnibsə, müəyyən yaşdan sonra ana olmaq istəyini reallaşdırması normal qarşılanmalıdır. Onun sözlərinə görə, heç kimin ailəsinə müdaxilə etmədən övlad sahibi olmağın pis tərəfi yoxdur.

Şabanova bu məsələyə görə qadınların qınanmasını da düzgün hesab etmədiyini vurğulayıb: “Yaşlananda, ayağım ağrıyıb gedib bir çörək ala bilməyəndə, həkimə gedə bilməyəndə bu qınayanlar gəlib mənə kömək edəcək?”

Sənətçi qardaşının qızını övladlığa götürdüyünü də açıqlayıb. O, uşağı bioloji anasından ayırmadığını və qardaşı qızının həm öz anası, həm də onunla vaxt keçirdiyini deyib.

Nigar Şabanova həmçinin 40 yaşa çatmamış qadınlara süni mayalanma yolu ilə ana olmaq imkanından yararlanmağı tövsiyə edib.

Aparıcı Tarix Əliyevin “Nigar Şabanova ailə qura bilmirsənsə, nikahsız uşaq dünyaya gətirməyi məsləhət görür” fikrinə isə xanəndə belə cavab verib: “Tək qalmaqdansa nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır. Heç bir qadına tək qalmağı arzu etmirəm. Təklik pis şeydir. Heç birimiz pak deyilik ki, kiminsə həyatını müzakirə edək. Kim nə edirsə, yaxşı edir”.

Paylaş: