Maqazi̇n

Fatimənin həyat yoldaşı hamını təəccübləndirdi – Çinə səfər zamanı yaşananlar

04 Oktyabr 2026 12:36 396 oxunuş

Rəqqasə Fatimə Fətəliyeva “El canlı” proqramında şəxsi həyatında yaşadığı maraqlı hadisələrdən danışıb.

Sənətçi dişlərini əvvəlcə ödənişsiz şəkildə düzəltdirdiyini, lakin nəticədən narazı qaldığını bildirib. Daha sonra müalicə üçün pul ödəməli olduğunu deyən Fatimə hələ də həmin xərclə bağlı borcunun qaldığını qeyd edib.

“Dişlərimi pulsuz düzəltdirmişdim, amma yaxşı alınmamışdı. Sonra gedib pul verərək yenidən düzəltdirdim. Hələ də borcum qalıb. Ödənişsiz heç nə yaxşı alınmır”, – deyə o bildirib.

Fatimə veriliş zamanı Çin səfəri ilə bağlı başına gələn hadisəni də xatırlayıb. Onun sözlərinə görə, həmin vaxt həyat yoldaşı Ədliyyə Nazirliyində çalışıb.

Rəqqasə bildirib ki, Çində olarkən təyyarəyə gecikiblər və qapılar artıq bağlanıb. Onlar təyyarəyə çatmaq üçün qaçarkən həyat yoldaşı vəzifəsini göstərərək içəri buraxılmalarını istəyib.

Fatimə həmin an həyat yoldaşına “Sənin vəzifən burada keçmir” dediyini söyləyib.

Paylaş: