Maqazi̇n

Efir qadağası ilə bağlı iddialara İbrahim Borçalıdan reaksiya

28 Fevral 2026 13:06 1599 oxunuş

Müğənni İbrahim Borçalı haqqında efir qadağası qoyulması ilə bağlı iddiaya cavab verib.

showaz.biz xəbər verir ki, İ. Borçalı bu xəbərin yalan olduğunu bildirib:

“Biz əlaqə saxladıq, kimsə səhvliklə, ya da paxıllıqla adımı yazıb. Bizim onlara aidiyyatımız yoxdur. Ya bilə-bilə, ya da paxıllıqla ediblər. Biz 25 ildir efirdə öz adımızı, mədəniyyətimizi qoruya-qoruya gəlmişik”.

Qeyd edək ki, Manset.az saytı efir qadağası qoyulduğu iddia olunan müğənnilərlə bağlı siyahı yayımlayıb. (bizim.media)

Paylaş: