Maqazi̇n

Cabir İmanovun məzar daşı niyə hələ də qoyulmayıb? – VİDEO

01 Aprel 2026 15:19 180 oxunuş

Ötən ilin sentyabr ayında vəfat edən əməkdar artist Cabir İmanovun məzar daşının hələ də qoyulmadığı müşahidə olunub.

showaz.biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bu məsələ ilə bağlı izləyicilər arasında müzakirələr yaradıb.

Qeyd olunur ki, C. İmanov 1992-2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə o, Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

Məşhur sənətçi ailəli idi və 4 övladı var.(Milli.Az)

Paylaş: