Maraqli

Bu məşhur müğənni Vanqanın qohumu imiş – Şok fakt üzə çıxdı

19 Oktyabr 2026 17:05 138 oxunuş

Rusiyalı müğənni Filipp Kirkorov bolqarıstanlı məşhur ekstrasens Vanqa ilə qohumluq əlaqələri barədə açıqlama verib.

Bu barədə gazeta.ru nəşrinə istinadən Milli.Az xəbər verir.

Sənətçinin sözlərinə görə, Vanqa onun ikinci dərəcəli qohumu olub. Kirkorov uşaqlıq illərini xatırlayaraq bildirib ki, ağır xəstələndiyi dövrdə ailəsi onu Vanqanın yanına aparıb.

Müğənni bununla yanaşı, amerikalı model Kendall Cennerin atası olması ilə bağlı sosial şəbəkələrdə dolaşan iddialara da münasibət bildirib. Kirkorov bu xəbərlərin əsassız və həqiqətə uyğun olmadığını vurğulayıb.

Onun sözlərinə görə, Kendall Cennerin dünyaya gəlməsindən bir il əvvəl ABŞ-də qastrol səfərində olsa da, həmin səfərə həyat yoldaşı Alla Puqaçova ilə birlikdə yollanıb. Sənətçi yayılan şayiələrin reallıqla heç bir əlaqəsinin olmadığını qeyd edib.

Paylaş: