Maqazi̇n

İki “kruq” vurdum, ər çörəyi yeyə bilmədim

02 Fevral 2026 20:00 635 oxunuş

“Rəngarəng” verilişində meyxanaçı Aqşin Fatehin səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Az24.az xəbər verir ki, A. Fateh çıxışı zamanı qadınların hər zaman kişiyə ehtiyacı olduğunu bildirib.

“Bunun üçün də kişi hər zaman qadını özündən asılı vəziyyətdə saxlamalıdır”.

Meyxanaçının bu açıqlaması studiyada etirazla qarşılanıb. Müğənni Aysun İsmayılova onun fikirlərinə münasibət bildirərək qadının həyatında kişinin rolunun yalnız maddi tərəflə ölçülməməli olduğunu vurğulayıb.

“Düşünürəm ki, hər qadının həyatda bir bəyə ehtiyacı var. Amma bu, mütləq maddiyyat demək deyil. Mənə kişi çörəyi yemək qismət olmadı. İki “kruq” vurdum, ər çörəyi yeyə bilmədimm”, – deyə A. İsmayılova qeyd edib.

Verilişdə səslənən bu açıqlamalar sosial şəbəkə istifadəçiləri arasında da birmənalı qarşılanmayıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Paylaş: