Maraqli

Sevgilisinin ad gününə 40 milyonluq avtomobil hədiyyə etdiyi gözəl GÖRÜN KİM İMİŞ – VİDEO

18 Oktyabr 2026 10:36 316 oxunuş

Rusiyalı reper Timati özündən 20 yaş kiçik sevgilisi, model Valentina İvanovaya 33-cü doğum günü münasibətilə bahalı hədiyyə alıb.

Showaz.biz xəbər verir ki, reper kiçik qızının anasına eksklüziv zavod istehsalı olan tünd qırmızı rəngli “Mercedes-AMG G 63” (“Gelendvagen”) avtomobili bağışlayıb. Maşının qiyməti 40 milyon rubl (təxminən 818 min manat) təşkil edir.

Valentina hədiyyəsini sosial şəbəkədə paylaşaraq “Oğlan sənə tünd qırmızı rəngli “iPhone 18″, kişi isə avtomobil hədiyyə edər” deyə, yazıb.

Qeyd edək ki, bu, Timatinin Valentinaya aldığı üçüncü avtomobildir. O, 2023-cü ildə modelə “Porsche” markalı avtomobil bağışlayıb. Reper 2024-cü ildə 8 Mart münasibətilə ona təxminən 30 milyon rubl dəyərində “Mercedes-Benz G-Class” hədiyyə edib. (Axşam.az)

Paylaş: