Maqazi̇n

Nəfəs səhnədə yayılan görüntülərindən danışdı – “Bilirdim paylaşacaqsınız, ona görə də etdim.”

13 Oktyabr 2026 18:06 637 oxunuş

Müğənni Nəfəs açılış mərasimində etdiyi və müzakirələrə səbəb olan rəqsi ilə bağlı açıqlama verib. İfaçının etirafı diqqət çəkib.

Showaz.biz-in məlumatına görə, sənətçi səhnədə saçları ilə rəqs etdiyi anların sosial şəbəkələrdə daha çox yayıldığını bildirib. O, paylaşımında həmin görüntüləri paylaşacaqlarını əvvəlcədən təxmin etdiyini və bunu bilərəkdən etdiyini vurğulayıb.

“Həmin açılışa gələn hər kəsə və məni sevən insanlara təşəkkür edirəm. Səhnədə saçımla birlikdə rəqs etdiyim videomu daha çox paylaşırsınız. Siz nümunəvi hərəkətlərimi paylaşmazsınız. Mən saçımla rəqs edəndə bilirdim ki, o kadrı paylaşacaqsınız. Bildiyimə görə də etdim və nəticədə yanılmadım”, – deyə müğənni qeyd edib.

Nəfəsin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olan rəqsi yenidən gündəmə gətirib./Milli.Az

Paylaş: