Ölkə

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi – GÖRÜN KİM İMİŞ

13 Oktyabr 2026 16:22 254 oxunuş

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş: