Aktyor Nicat Rəhimov qızı Mehribanın doğum günü münasibətilə paylaşım edib.
Sənətçi sosial şəbəkə hesabında qızı ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb.
“Həyatımın ən arzuolunan, ən dəyərli parçası. Artıq 2 ildir ki, həyatımıza gözəllik, sevinc və xoşbəxtlik qatırsan. Sənə arzularım sonsuzdur. Allah bütün arzularını sənə, valideynlərinə və səni sevənlərə görməyi nəsib etsin” deyə, Nicat bildirib.