Maqazi̇n

Röya ilə Aysunun klub macərası – İkili bunun üçün Türkiyəyə gedir? – VİDEO

12 Oktyabr 2026 19:28 637 oxunuş

Xalq artisti Röya Ayxanla müğənni Aysun İsmayılovanın Rusiyada keçirilən dəbdəbəli toy mərasimindən qayıdarkən təyyarədə çəkdikləri video maraqla qarşılanıb.

Showaz.biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Röya Ayxanın Aysuna ünvanladığı sözlər diqqət çəkib.

Belə ki, Xalq artisti həmkarına “Aysun, dünən səni kluba aparacaqdım. Bakıda klub var?” sualını verib.

Aysun İsmayılova isə buna gülərək “Eybi yox, Türkiyəyə gedərik” cavabını verib.

Onların təyyarədəki səmimi söhbəti sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub./Milli.Az

Paylaş: