Əməkdar artist Mətanət İsgəndərli Xalq artisti Zabit Nəbizadə ilə qohum olduğunu ilk dəfə açıqlayıb.
Showaz.biz bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi “Maqazin plyus” verilişinə müsahibəsində deyib.
Mətanət bildirib ki, oğlu Kərimi Z.Nəbizadənin qohumu olan xanımla evləndirib:
“Mənim təzə gəlinim Zabit qardaşımın anasının dayısı nəvəsidir. Gediş – gəlişimiz var. Bəs qohum necə olur…”.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim birinci həyat yoldaşı Cananadan illər əvvəl qalmaqallı şəkildə boşanıb. Cültüyün bu nikahdan 3 övladı var. İkinci dəfə evlənən Kərimin isə bu evlilikdən bir övladı dünyaya gəlib.