Maraqli

Zaur qızının bu sözlərinə görə canlı yayımda kövrəldi – VİDEO

08 Oktyabr 2026 14:50 233 oxunuş

Aparıcı Zaur Baxşəliyevin qızı Dilavərin canlı yayım zamanı kövrəlməsi diqqət çəkib.

Showaz.biz-in məlumatına görə, sosial şəbəkə canlı yayımında Zaura ünvanlanan “qocalmısan” sözləri qızının duyğulanmasına səbəb olub. Dilavər atasına deyilənlər qarşısında emosiyalarını gizlədə bilməyib.

Ata-balanın canlı yayımda yaşadığı səmimi və duyğusal anlar izləyicilərin də diqqətindən yayınmayıb. Görüntülər sosial şəbəkələrdə paylaşılaraq çoxsaylı bəyənmə toplayıb.

İzləyicilər Zaur Baxşəliyev və qızı Dilavərin bir-birinə olan sevgisini vurğulayaraq onların səmimi münasibətini alqışlayıblar. Görüntülər sosial mediada maraqla qarşılanıb./Milli.Az

Paylaş: