Ölkə

Bu tarixdən Azərbaycan kəskin soyuqlarla üzləşəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 19:36 120 oxunuş

Oktyabrın 2-si axşamdan etibarən Bakıda və Abşeron yarımadasında güclü yağış və şimşək çaxacağı gözlənilir. Fasilələrlə yağan yağışlar oktyabrın 3-ü səhərə qədər davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Showaz.biz-ə verilən məlumata görə, temperatur əvvəlki günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı düşəcək. Oktyabrın 3-də gecə temperaturu 14-16 dərəcə, gündüz isə 16-18 dərəcə olacaq.

Oktyabrın 2-dən 5-dək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti, dəyişkən yağıntı gözlənilir. Naxçıvan Muxtar Respublikasının, Qarabağın və Şərqi Zəngəzurun bəzi ərazilərində, eləcə də Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvanın bəzi yerlərində leysan, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Oktyabrın 2-si və 3-ü axşam saatlarında bəzi ərazilərdə yağıntının artması mümkündür.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsinin qalxacağı proqnozlaşdırılır. Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında daşqın və sel suları mümkündür.

Bölgələrdə havanın temperaturu da əvvəlki günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək./Day.az

Paylaş: