Ölkə

Bakının bu ərazisində bulvar salınır- Video

27 Sentyabr 2026 10:57 99 oxunuş

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində aparılan abadlıq işləri davam etdirilir.

Showaz.biz Xəzər TV-yə istinadən bildirir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb.

Bakı Abadlıq Xidməti 2020-ci ildən Əmircanda genişmiqyaslı abadlıq, yenidənqurma işləri həyata keçirir.

Bunlardan ən mühümü Bülbülə gölü ətrafında salınan bulvar layihəsidir.

Gölün ətrafında ilkin mərhələdə bir kilometr uzunluğunda bulvarın salınması nəzərdə tutulub ki, onun da bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

 

Paylaş: